Voleybolçumuz karyerasını Macarıstanda davam etdirəcək


İdman 20 Sen 2019 17:16:00 246 0

Voleybolçumuz karyerasını Macarıstanda davam etdirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Şəfaqət Alışanova karyerasını Macarıstanda davam etdirəcək.

Goal.az xəbər verir ki, millimizin üzvü “Jaszbereny” komandası ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, millimizin digər üzvü Ayşən Əbdüləzimova da Macarıstanın “Vaşaş” komandasında çıxış edir.