Bakıda qızıl alveri ilə məşğul olan dələduz qadına hökm oxundu


Digərləri 20 Sen 2019 20:09:24 206 0

Bakıda qızıl alveri ilə məşğul olan dələduz qadına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əfəndiyeva 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Nərminə Əfəndiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.