İki maşın toqquşdu, xəsarət alan var


Digərləri 20 Sen 2019 19:59:00 224 0

İki maşın toqquşdu, xəsarət alan var

Gəncənin şərq çıxışında yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Samux rayon sakini, 1979-cu il təvəllüdlü Kamaləddin Xəlilovun idarə etdiyi "VAZ 21011" markalı avtomobillə İmişili rayon sakini, 1989-cu il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. 

İlkin məlumatlara görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan 30 yaşlı sərnişin Toma Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.