"Əsrin müqaviləsi": “Equinor” bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur


Digərləri 20 Sen 2019 19:56:25 198 0

"Əsrin müqaviləsi": “Equinor” bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur

Norveçin “Equinor” şirkəti Azərbaycanda neft-qaz sahəsinin inkişafına töhfə verməkdə davam edəcək

Bakı. Ləman Zeynalova - Norveçin “Equinor” şirkəti Azərbaycanda neft-qaz sahəsinin inkişafına töhfə verməkdə davam edəcək. Bunu Trend-ə şirkətin Azərbaycandakı meneceri Favad Kurayşi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi ilə bağlı “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə deyib. O bildirib ki, “Equinor” bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur: “1994-cü ildən bu günədək davam edən kollektiv nailiyyətimiz qeyri-adidir, biz SOCAR və digər tərəfdaşlarımızla birgə Azərbaycana möhkəm sadiqliyimizi göstərmişik”. F.Kurayşi qeyd edib ki, müqavilənin 2007-ci ildə daha 25 il müddətə uzadılması və bu il “Mərkəzi-Şərqi Azəri” layihəsinin təsdiq olunması Azərbaycanın etimadını və “Azəri-Çıraq-Günəşli”nin “Equinor” və tərəfdaşlar üçün dəyərini göstərir: “Ötən il biz SOCAR-la “Equinor” arasında 25 illik uğurlu tərəfdaşlıqdan sonra əməkdaşlığın yeni mərhələsinə keçmişik. Biz tərəfdaşlığımızın inkişafını səbirsizliklə gözləyirik və SOCAR-la birgə layihələrimiz vasitəsilə Azərbaycanda neft-qaz sahəsinin inkişafına töhfə verməkdə davam edəcəyik”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin