Kalsiumdan ucuz akkumulyator yaratmaq üçün elektrolit sintez edildi


Digərləri 20 Sen 2019 19:49:00 195 0

Kalsiumdan ucuz akkumulyator yaratmaq üçün elektrolit sintez edildi

Litium-ion batareyalara daha təhlükəsiz və ucuz alternativ olan və təbiətdə 2500 dəfə daha çox yayılmış kalsium əsasında akkumulyatorlar tezliklə istehsal oluna bilər. Belə batareyalarda elektronların sayı ən azı iki dəfə çoxdur. Bu o deməkdir ki, akkumulyatorlar daha nazik və yüngül ola bilər.

Son.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında məlumat verilib. Məlumatda bildirilir ki, alman mütəxəssislər ftorlu birləşmədən yeni tip kalsium duzu sintez ediblər.

Alınmış material elektriki məlum olan hər hansı kalsium elektrolitdən daha yaxşı keçirir. Həmçinin yüksək gərginlik zamanı o, ionları daha effektli ötürür.

(adsgarden = window.adsgarden || []).push({});