TerPetrosyan qayıdır: Paşinyan özünə “rəqib” hazırlayır


Dünya 20 Sen 2019 18:54:00 186 0

TerPetrosyan qayıdır: Paşinyan özünə “rəqib” hazırlayır

Nikol Paşinyan hökumətindən daha çox Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası yararlanıb.

Son.az Axar.az-a istinadən bildirir ki, siyasi arenada effektivliyini itirən güc yenidən oyanıb və Paşinyan hökumətinə diktə edən rolunu üzərinə götürüb:

"Erməni Milli Konqresi Partiyası çalışır ki, oyuna yenidən qoşulsun. Ona görə gələcəkdə baş verən hadisələrə aktiv hazırlaşır. Tezliklə, bu siyasi qüvvəyə xidmət edən KİV-lər də aktivləşəcəklər. Onlar üçün bu ən vacib olan siyasi mübarizə alətidir. Bu günlərdə Erməni Milli Konqresinin qapalı iclasının baş tutması da yeni siyasi gündəmə start verildiyini göstərir. Məlumatlara görə, onlar bəzən Paşinyana müqavimət göstərəcəklər, lakin əslində onlar bir-birilərini müdafiə edəcəklər".