Deputat: “Əsrin müqaviləsi” müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasını təşkil etdi"
Digərləri 20 Sen 2019 19:02:00 70 0
1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanan "Əsrin müqaviləsi" müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasını təşkil etdi.
Bu xəbəri də oxu: Bakıda maşın iki piyadanı vurdu:
Son.az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, bu müqavilə ölkənin iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu: "Ən əsası isə "Əsrin müqaviləsi"nin uğurla həyata keçirilməsi Azərbaycan xalqında parlaq gələcəyə olan ümüd hissini artırdı. Ulu öndər bu müqavilə haqqında belə deyirdi - "Əsrin müqaviləsi ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır". 20-ci əsrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu sözlər 25 illik zaman qət edərək bü gün tam təsdiqini tapıb".
N.Həmzəyev vurğulayıb ki, ulu öndərin müdrikliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində Azərbaycan milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərə bilib: "Dahi şəxsiyyətin uğurlu strategiyası nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütövlükdə ölkə iqtisadiyyatı inkişaf etdi. Hətta neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi.
Ümummilli lider Heydər Əliyevin başlatdığı neft strategiyası müstəqil Azərbaycanda qüdrətli iqtisadiyyat və çiçəklənən cəmiyyətin qurulması üçün zəmin yaratdı, ölkəmizi dünya iqtisadi sisteminə qoşdu, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, Xəzərin karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqlini reallaşdırdı".
Deputat əlavə edib ki, ulu öndərin təməlini qoyduğu uğurlu siyasəti ölkə Prezidenti İlham Əliyev uğurla, layiqincə davam etdirərək Azərbaycanı dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəltdi: "Son illər ölkəmizin sosial-iqtisadi, mədəni həyatında, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində əldə etdiyi uğurlar da məhz düşünülmüş fəaliyyətin nəticəsidir".
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin

2019-cu ilin tədbirlər planına uyğun olaraq "Azərişıq" ASC Cən

Bu, mənim birinci dünya çempionatımdır və bəxtim gətirdi ki, məni koman

Nikol Paşinyan hökumətindən daha çox Levon Ter-Petrosyanın rəhbərlik etd

Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində sa

Çıxışdan sonra əhval-ruhiyyə çox yaxşıdır

"20 sentyabr Azərbaycanın müstəqillik tarixində ən vacib və əlamət

Bu gün Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşaya ictimai baxış keçir

“Əsrin müqaviləsi” müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inki

Avropa Liqasının qrup mərhələsinin ilk turundan sonra həftənin ən yaxş

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narko

Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter,

28 sentyabr-18 oktyabr tarixlərində Nərimanov rayonu, Fətəli xan Xoyski pro

"İki gün əvvəl Ebru Gündeşin səhifəsinə baxdım. Bir səhifə aç

Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
