Ukrayna gimnastı: Bakıda çıxış etmək rahatdır


Digərləri 20 Sen 2019 18:56:38 215 0

Ukrayna gimnastı: Bakıda çıxış etmək rahatdır

Bu, mənim birinci dünya çempionatımdır və bəxtim gətirdi ki, məni komandanın heyətinə götürdülə

Bakı. Cani Babayeva - Bu, birinci dünya çempionatımdır və bəxtim gətirdi ki, məni komandanın heyətinə götürdülər. Bunu Trend-ə Ukrayna gimnastı Kristina Poqraniçnaya çoxnövçülük üzrə finalda çıxışından sonra deyib. O, öz proqramını yaxşı yerinə yetirdiyini deyib. İdmançı əlavə edib ki, Milli Gimnastika Arenasında çıxış etməkdən xoşu gəlir, burada gimnastlar üçün yaxşı şərait yaradılıb: “Bakıda zal böyükdür, burada çıxış etmək rahatdır. Gimnastika Arenasında hər cür şərait yaradılıb”.