Zöhrə Ağamirova: Çıxışdan sonra əhval-ruhiyyə çox yaxşıdır


Digərləri 20 Sen 2019 18:42:50 250 0

Zöhrə Ağamirova: Çıxışdan sonra əhval-ruhiyyə çox yaxşıdır

Çıxışdan sonra əhval-ruhiyyə çox yaxşıdır

Bakı. Cani Babayeva - Çıxışdan sonra əhval-ruhiyyə çox yaxşıdır. Bunu Trend-ə 2020-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Azərbaycan gimnastı Zöhrə Ağamirova deyib. O, öz çıxışından razı qaldığını deyib: “Fikrimcə, daha yaxşı çıxış edə bilərdim, amma ümumilikdə razı qaldım. Əsas odur ki, mənim məşqçim razı qalsın”. Gimnast vurğulayıb ki, dünya çempionatı onun üçün mühüm yarışdır və o, bu yarışda böyük təcrübə qazanıb: “Mən sonuncu çıxışımı, topla hərəkətləri həyəcan olmadan yerinə yetirdim. Alətlərin dördünü də sevirəm, amma topla hərəkət məndə daha yaxşı alınır. Əlbəttə evdə çıxış etmək məsuliyyətlidir, çünki tamaşaçılar baxır, səni dəstəkləyir. Amma evdə çıxış etmək mənim xoşuma gəlir”.