Avropa Liqasında ilk turun ən yaxşı oyunçusu açıqlandı


İdman 20 Sen 2019 18:30:00 307 0

Avropa Liqasında ilk turun ən yaxşı oyunçusu açıqlandı

Avropa Liqasının qrup mərhələsinin ilk turundan sonra həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qalib Ludogorets-in hücumçusu Klaudiyu Keşeru olub. O, bu nominasiyada Arsenal-ın hücumçusu Bukayo Sakanı, Roma-nın yarımmüdafiəçisi Nikolo Zaniolo və Basel-in yarımmüdaifəçisi Kevin Buanı qabaqlayıb.

Qeyd edək ki, ruminiyalı Keşeru SSKA ilə matçda (5:1) het-trik edib.