"İmelda" ABŞda 2 nəfəri öldürdü


Dünya 20 Sen 2019 17:47:00 237 0

"İmelda" ABŞda 2 nəfəri öldürdü

ABŞ-ın Texas ştatında tüğyan edən "İmelda" tropik qasırğası fəsadlara yol açıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qasırğa nəticəsində 2 nəfər ölüb.

Ölənlərdən biri aeroport yaxınlığında yağış sularına qərq olmuş yük maşının içində boğulub.

Digər şəxsin isə yağış sularında batan atını xilas etmək istərkən boğulduğu deyilir.

Kəskin hava şəraiti ilə bağlı ştat qubernatoru Qreq Ebbott 13 dairədə fövqəladə vəziyyət elan edib.