Gənc qadın 2 uşağı ərinin üstünə atıb qaçdı


Digərləri 20 Sen 2019 17:57:00 261 0

Gənc qadın 2 uşağı ərinin üstünə atıb qaçdı

Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişinə müraciət edən Əli adlı şəxs şok açıqlamalar verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, o, açıqlamasında bildirib ki, onun həyat yoldaşı 2 övladını da onun üstünə ataraq evdən gedib.

"Bundan əvvəl də həyat yoldaşım bir dəfə evi tərk edib. Məndə olan məlumata görə, o, atasigildədir. O, evdən gedərkən 5 aylıq hamilə idi. Ancaq uşağın doğulub- doğulmaması barədə heç bir məlumatım yoxdur".

Qeyd edək ki, Əli öz qardaşı ilə bacanaqdır. O, qayınanası və qardaşı haqqında daha bir dəhşətli açıqlama verib.