466 milyon illik sirr aşkara çıxdı


Digərləri 20 Sen 2019 17:34:00 245 0

466 milyon illik sirr aşkara çıxdı

Yer kürəsinin 466 milyon il əvvəl gözlənilməz bir şəkildə buz dövrünə girdiyini bilirdik.

Son.az xəbər verir ki, bu sirli hadisənin səbəbi "Science Advances" (Elmin üstünlükləri) dərgisində dərc olunan məqalədə təqdim edilib.

Çikaqo Universitetində işləyən Filip Hekin rəhbərliyi ilə aparılan araşdırmaya görə, planetimizin buz dövrünə girməsinin səbəbi Yer kürəsi ilə nəhəng meteoritin toqquşması olub. Toqquşma nəticəsində Yerin atmosfer qatı toz ilə örtülüb və bu da Günəş şüalarının bir müddət Yerin səthinə düşməsinin qarşısını alıb. Hek bildirib ki, bu toqquşmanın təsirlərini planetimiz hələ də hiss edir.

Bəs Yer kürəsi üçün eyni təhdid davam edirmi?

Mütəxəssislərin fikrincə, bəli! Yer kürəsi asteroidlərlə mübarizədə müdafiəsizdir.

Hollivud filmlərinin ən məşhur mövzularından biri olan bu ssenariyə cavab NASA-dan gəlib. Qurumun ehtimalına görə, Yer kürəsi asteroid və ya bir meteoritlə toqquşsa, gələcəyimiz heç də parlaq olmayacaq.

(adsgarden = window.adsgarden || []).push({});