Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib


Siyasət 20 Sen 2019 17:26:00 53 0

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli neft sənayesi işçiləri! Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış "Əsrin müqaviləsi"nin 25 illiyi və peşə bayramınız olan "Neftçilər Günü" münasibətilə ürəkdən təbrik edirəm.

"Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü" haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək "Əsrin müqaviləsi" adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.

Azərbaycan nefti və qazı bu gün dünyada sülhün, təhlükəsizliyin və tərəqqinin amillərindəndir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə Cənub Qaz Dəhlizi çərçivəsində gerçəkləşdirilən işlər Azərbaycanın potensialını nümayiş etdirir. Respublikamız, eyni zamanda, aparıcı xarici neft şirkətləri ilə ötən illərdə uğurlu əməkdaşlıq formatı reallaşdırmışdır. Tərəfdaşların təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadılması bunun aydın təzahürüdür. Regional və qlobal əhəmiyyətli neft, qaz layihələrində ölkəmizi layiqincə təmsil edən və dünya enerji bazarında mövqelərini möhkəmləndirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi investisiya layihələri isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirir.

"Əsrin müqaviləsi"nin misilsiz uğurları neftçilərimizin fədakar əməyinin bəhrəsidir. Məhz onların sayəsində Azərbaycan neft sənayesinin geniş infrastrukturuna malik olub, dünyada neft ölkəsi kimi tanınmışdır. Neftlə bağlı ən müxtəlif istiqamətlər üzrə görkəmli alim və mütəxəssislərimiz zəngin neft-qaz sərvətlərinin Vətənimizin yüksəlişi naminə istifadəsi üçün nəhəng işlər görmüş, ölkəmizin neft salnaməsinə parlaq səhifələr yazmışlar.

Azərbaycan neftçilərinin indiki nəsli olaraq siz onların yolunu böyük müvəffəqiyyətlə davam etdirirsiniz. Bu yolda hamınıza yeni nailiyyətlər arzulayıram".

Muğam mərkəzində pulsuz konsert olacaq like
  • 20 Sen 17:24  
Kriminal Muğam mərkəzində pulsuz konsert olacaq

Beynəlxalq Muğam mərkəzində "Unudulmayanlar" layihəsi təqdim ol

arrow Ətraflı
Sentyabrın 23-ə manatın məzənnəsi like
  • 20 Sen 17:19  
Digərləri Sentyabrın 23-ə manatın məzənnəsi

Sentyabrın 23-ə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Müddətli müqavilə ilə işləyəcək müəllimlərin işə qəbulu üzrə 2ci tur başlayır like
  • 20 Sen 17:19  
Digərləri Müddətli müqavilə ilə işləyəcək müəllimlərin işə qəbulu üzrə 2ci tur başlayır

Sabah 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan

arrow Ətraflı
Voleybolçumuz karyerasını Macarıstanda davam etdirəcək like
  • 20 Sen 17:16  
İdman Voleybolçumuz karyerasını Macarıstanda davam etdirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının ü

arrow Ətraflı
Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD (FOTO) like
  • 20 Sen 17:14  
Digərləri Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD (FOTO)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisi

arrow Ətraflı
Demet Akalın məşhur serialı TƏNQİD ETDİ like
  • 20 Sen 17:09  
Digərləri Demet Akalın məşhur serialı TƏNQİD ETDİ

Türkiyənin məşhur müğənnisi Demet Akalın "Bir zamanlar Çukurova&qu

arrow Ətraflı
"Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq (FOTO) like
  • 20 Sen 17:05  
Digərləri "Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq (FOTO)

"Azərişıq" ASC Cənub Regional Enerji Təchizatı və Satışı İfarəsinin

arrow Ətraflı
AMEA-nın hərbi məmulatları Müdafiə Nazirliyinin təlimlərində sınaqdan keçirildi like
  • 20 Sen 16:59  
Digərləri AMEA-nın hərbi məmulatları Müdafiə Nazirliyinin təlimlərində sınaqdan keçirildi

Hərbi təlimlərdə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqat

arrow Ətraflı
Livanın müdafiə naziri Azərbaycana qarşı Ermənistana kömək təklif etdi  FOTO like
  • 20 Sen 16:57  
Dünya Livanın müdafiə naziri Azərbaycana qarşı Ermənistana kömək təklif etdi FOTO

Livanın müdafiə naziri Elias Bu Saab Yerevana səfəri zamanı bəyan edib ki

arrow Ətraflı
Azərbaycan və yaponiyalı seysmoloqlar Xəzərdə birgə tədqiqatlara başlaya bilər (FOTO) like
  • 20 Sen 16:47  
Digərləri Azərbaycan və yaponiyalı seysmoloqlar Xəzərdə birgə tədqiqatlara başlaya bilər (FOTO)

Yaponiyanın “OYO” şirkətinin vitse-prezidenti Toti Hakada, baş mühəndi

arrow Ətraflı
Pərvinin bu FOTOsu çox danışılacaq like
  • 20 Sen 16:44  
Şou-biznes Pərvinin bu FOTOsu çox danışılacaq

Aktrisa Pərvin Abıyeva yeni paylaşımı ilə diqqət mərkəzinə düşüb.

arrow Ətraflı