Azərbaycan və yaponiyalı seysmoloqlar Xəzərdə birgə tədqiqatlara başlaya bilər (FOTO)


Digərləri 20 Sen 2019 16:47:00 171 0

Azərbaycan və yaponiyalı seysmoloqlar Xəzərdə birgə tədqiqatlara başlaya bilər (FOTO)

Yaponiyanın “OYO” şirkətinin vitse-prezidenti Toti Hakada, baş mühəndis Eiti Uoide və katibi Sumiuo Qgo Azərbaycana səfər ediblər.

Bakı. Yaponiyanın “OYO” şirkətinin vitse-prezidenti Toti Hakada, baş mühəndis Eiti Uoide və katibi Sumiuo Qgo Azərbaycana səfər ediblər. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, qonaqlar mərkəzdə baş direktor, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə “OYO” şirkəti ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin uzun illərdən bəri əməkdaşlıq edildiyi və tərəflərin bu əlaqələrin daha da genişləndirilməsinə maraqlı olduqları vurğulanıb. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonaqlara hazırda mərkəz tərəfindən aparılan tədqiqatlar barəsində ətraflı məlumat verərək, ikitərəfli əlaqələrlə yanaşı, birgə regional layihələr həyata keçirilməsinə dair təklif verib. Baş direktor birgə əməkdaşlığın tərəflər üçün də faydalı olduğunu bildirib. Müzakirələr zamanı Xəzər dənizində birgə seysmoloji tədqiqatların aparılması və RSXM-nin dənizdibi seysmik stansiyalarının quraşdırılmasına yaponiyalı mütəxəssislər tərəfindən dəstək verlməsinə də toxunulub.