Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi


Digərləri 20 Sen 2019 16:16:00 237 0

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Azərbaycandilli "Vikipediya"nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.

Qlobal idarəçilərin sayı 20 nəfərdir. Rüfət Rəhimovun adı həmin sıyahıda gedir. (https://meta.wikimedia.org/wiki/Global_sysops) Bu barədə Son.az-a diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.

"Müxtəlif "viki"lərdən olan istifadəçilərin, yaxud qlobal "viki" cəmiyyətin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb. Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra "Vikipediya"da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2O15-ci ildə Vikipediyada "Turkmen" istifadəçi adı ilə qeydiyyatdan keçib.

O, Azərbaycandilli "Vikipediya"nın idarəçisi olmaqla yanaşı, türkməncə "Vikipediya"nın idarəçisidir. 4 ildir ki, "Vikipediya"da fəaliyyət göstərir. Əsasən Azərbaycan tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli "Vikipediya"da "seçilmiş məqalə status" alıb.