Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib (FOTO)


Digərləri 20 Sen 2019 15:57:00 211 0

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Xaçmazda vətəndaşları qəbul edib.

Bakı. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Xaçmazda vətəndaşları qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, A.Kərimov görüşdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib. Nazir müavini məşğulluq, sosial təminat, əmək, sahələrində xidmətlərin keyfiyyətinin artırılması, bu xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması istiqamətində aparılan islahatları diqqətə çatdırıb.