Macarıstanın Baş naziri Bakıya gəlir


Digərləri 20 Sen 2019 15:25:00 204 0

Macarıstanın Baş naziri Bakıya gəlir

Okyabrın ortalarında Macarıstanın Baş naziri Viktor Orban Bakıya səfər edəcək

Bakı. Ləman Zeynalova - Okyabrın ortalarında Macarıstanın Baş naziri Viktor Orban Bakıya səfər edəcək. Bunu Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib. Səfir bildirib ki, V.Orban oktyabrın 15-də Bakıda Türk Şurasının sammitində iştirak edəcək. Qeyd edək ki, Türk Şurasının yaradılması barədə qərar 2009-cu il oktyabrın 3-də Naxçıvanda qəbul edilib. Macarıstan ötən il bu qurumun müşahidəçisinə çevrilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin