Gənc jurnalist xərçəngdən vəfat etdi


Digərləri 20 Sen 2019 15:04:00 260 0

Gənc jurnalist xərçəngdən vəfat etdi

Gənc jurnalist Cavid Abbasov erkən yaşda xərçəng xəstəliyindən vəfat edib.

Son.az-ın məlumatına görə, bu barədə xəbəri onun dostları sosial şəbəkədə yayıblar.

Türkiyədə müalicə alan Cavid Abbasov ötən gün dünyasını dəyişib. Onun nəşi bugün Azərbaycana gətiriləcək, dəfn mərasimi isə Gəncədə keçiriləcək.

Qeyd edək ki, o, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunu olub. Allahdan ona rəhmət, ailəsinə başsağlığı diləyirik!