Bakıda kişi avtomobili ilə yoxa çıxdı


Digərləri 20 Sen 2019 15:06:00 212 0

Bakıda kişi avtomobili ilə yoxa çıxdı

15:06

Bakıda 42 yaşlı kişinin itkin düşməsi ilə bağlı yeni məlumat əldə edilib. 

Son.az bildirir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. 

Bildirilib ki, bu il avqustun 31-də, saat 11:00-da 1977-ci il təvəllüdlü Abbasov Fəxri Həsən oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb. Kişi Gülüstan küçəsində yerləşən evdə yaşayıb. O, 90-VZ-826 dövlət nömrə nişanlı "Volksvagen Passat" markalı avtomobilinə minərək gedib.

Sentyabrın 18-də görülən axtarış tədbirləri nəticəsində müstəntiqlər sözügedən avtomobili saxlayıblar, amma avtomobili idarə edən başqası - 1979-cu il təvəllüdlü Hüseynov Bəhruz Bəhmən oğlu olub. B.Hüseynov polisə maşını Fəxri Abbasovdan aldığını, amma onun hara getdiyini bilmədiyini deyib. 

Hazırda itkin düşən F.Abbasovun axtarışı davam etdirilir. Hələlik onun haqqında məlumat yoxdur.

---------

10:46

Binəqədidə 42 yaşlı kişi itkin düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Gülüstan küçəsində baş verib.

Həmin küçədə yaşayan 1987-ci il təvəllüdlü Abbasova Ayurə Bəylər qızı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək, həyat yoldaşı 1977-ci il təvəllüdlü Abbasov Fəxri Həsən oğlunun ötən gün saat 11:00-da özünə məxsus "Volksvagen Passat" markalı, 90 VZ 826 dövlət nişanlı avtomobillə evdən çıxdığı və bir daha geri qayıtmadığı barədə məlumat verib. 

Faktla bağlı araşdırma aparılır.