Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 5-ci günü start götürüb (FOTO)


Digərləri 20 Sen 2019 15:04:17 221 0

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 5-ci günü start götürüb (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının beşinci günü start götürüb.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının beşinci günü start götürüb. Trend-in məlumatına görə, bu gün çoxnövçülükdə final yarışları keçiriləcək. 14:30 - 17:25. Çoxnövçülük üzrə final, B qrupu (təsnifatda 13-24-cü yerləri tutmuş gimnastlar) 17:40 - 20:35. Çoxnövçülük üzrə final, A qrupu (təsnifatda 1-12-ci yerləri tutmuş gimnastlar) 20:35 - 20:40. “Longines” mükafatı – “Prize of Elegance” 20:40 - 20:50 Mükafatlandırma mərasimi: Çoxnövçülük Azərbaycanı gimnast Zöhrə Ağamirova təmsil edəcək. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.