Dünyada ilk dəfə Qadın cinsiyyət orqanı muzeyi açılır FOTO


Digərləri 20 Sen 2019 13:42:00 391 0

Dünyada ilk dəfə  Qadın cinsiyyət orqanı muzeyi açılır  FOTO

Dünyada ilk dəfə vagina muzeyi açılacaq.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin paytaxtı Londonda yerləşən muzeyin noyabr ayının 16-da açılması planlaşdırılır.

Muzeyin açılmaq məqsədi insanlara qadın cinsiyyət orqanı ilə bağlı düzgün informasiyalar verməkdir. Muzeyin qurucusu bildirib ki, muzeyi açmaq vagina ilə bağlı mifləri unutdurmaq məqsədi daşıyır. Muzeydə anatomiya ilə bağlı biliklər nümayiş etdiriləcək, qadınların xəstəliklərdən qorunması barədə məlumatlar veriləcək.

İdeya müəllifi və təşəbbüskar Florence Schecter İslandiyada yerləşən Phalloloji Muzeyini gördükdən sonra bu qərara gəldiyini söyləyib. O bildirib ki, həmin muzeydə yüzlərlə heyvan cinsiyyət orqanı nümayiş etdirilir və onlarla bağlı ətraflı məlumat verilir.

(adsgarden = window.adsgarden || []).push({});