Nazir: "Azərbaycan və Çin traktor və digər kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisələr yaradacaq"


Digərləri 20 Sen 2019 13:54:55 285 0

Nazir: "Azərbaycan və Çin traktor və digər kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisələr yaradacaq"

Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, söhbət traktor, müxtəlif kənd təsərrüfatı texnikası, eləcə də kənd təsərrüfatı məhsullarının emalı zavodlarından gedir:

"Bu irimiqyaslı layihələrin icrası üçün 100 milyon dollar məbləğində investisiyalar qoyulacaq ki, bu da bir neçə min yeni iş yerinin açılmasına kömək edəcək".