Ayı kişini parçaladı


Dünya 20 Sen 2019 14:23:00 326 0

Ayı kişini parçaladı

Saxalində ayı hücum edərək 1 nəfəri parçalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ayının yaraladığı şəxsi Balıqçı kəndinin yaxınlığında yerləşən neft-emalı zavodunun əməkdaşları tapıb və dərhal təcili tibbi yardım çağırıblar.

Lakin yaralı xəstəxanaya aparılarkən yoldaca dünyasını dəyişib.

Hazırda ayı rayon ərazisində polis və kənd təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən axtarılır.