Bakı sakinini vurub öldürən sürücüyə hökm oxundu


Kriminal 20 Sen 2019 14:09:00 299 0

Bakı sakinini vurub öldürən sürücüyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Kənan Sultanəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Sultanəliyev 5 il 11 ay 28 gün azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

İttihama görə, K.Sultanəliyev sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə Ağakərimov Balasi Ağakərim oğlunu vurub. Nəticədə piyada dünyasını dəyişib.