Bu gün Zöhrə Ağamirova Olimpiya oyunlarına vəsiqə üçün mübarizə aparacaq


Digərləri 20 Sen 2019 14:01:00 287 0

Bu gün Zöhrə Ağamirova Olimpiya oyunlarına vəsiqə üçün mübarizə aparacaq

Sentyabrın 20-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının 5-ci yarış günü başlayır

Bakı. Cani Babayeva - Sentyabrın 20-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının 5-ci yarış günü başlayır. Trend-in məlumatına görə, bu gün 24 gimnastın iştirakı ilə çoxnövçülük üzrə final keçiriləcək. Yarışların yekununda qaliblərlə yanaşı, Olimpiya oyunlarına vəsiqə qazanan 16 gimnastın adı məlum olacaq. Çoxnövçülük finalında Azərbaycanı Zöhrə Ağamirova təmsil edəcək. Yarışlar saat 14:30-da start götürür və iki qrupda keçirilir. Əvvəlcə B qrupunda (təsnifatda 13-24-cü yer tutmuş gimnastlar), sonra isə A qrupunda (təsnifatda 1-12-ci yer tutmuş gimnastlar) yarışlar keçəcək. Z.Ağamirova dörd hərəkətin yekununda 60.050 xalla 21-ci yer tutduğu üçün B qrupunda çıxış edəcək.