Qazaxıstanda iki nüfuzlu beynəlxalq məhkəmə assosiasiyasının iclasları keçirildi FOTO


Digərləri 20 Sen 2019 14:00:00 291 0

Qazaxıstanda iki nüfuzlu beynəlxalq məhkəmə assosiasiyasının iclasları keçirildi  FOTO

Dünya tarixində ilk dəfə olaraq iki nüfuzlu beynəlxalq təşkilatın - Beynəlxalq Hakimlər Assosiasiyasının 62-ci və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının 14-cü plenar iclasları Qazaxıstanın dəvəti ilə 15-17 sentyabr tarixlərində Nur-Sultan şəhərində keçirildi. Bununla yanaşı, həmin ərəfədə Avropa Hakimləri Assosiasiyasının da növbəti iclası təşkil olundu.

İclaslar zamanı üzv dövlətlərdə məhkəmə və hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyi və başqa aidiyyəti mövzular ətrafında geniş müzakirələr aparıldı və müxtəlif dövlətlərin məruzələri dinlənildi.

Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Tony Pagone (Avstraliya) və Avropa Hakimləri Assosiasiyasının prezidenti Jose İgreja Matosun (Portuqaliya) dəvəti ilə iclaslarda giriş sözü ilə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, həmyerlimiz hakim Ramin Qurbanov çıxış etdi.

Tony Pagone (Avstraliya)

Jose İgreja Matosun (Portuqaliya)

Ramin Qurbanov

O, Avropa məkanında ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində yaranmış vəziyyət, o cümlədən İsveçrə, Rusiya, Sloveniya, Malta, Fransa, Monteneqro, Albaniya və İspaniya kimi üzv dövlərdə görülmüş tədbirlər barədə məlumat verdi.