Fasilə zamanı İnter-in futbolçuları arasında qalmaqal yaşaınıb


İdman 20 Sen 2019 13:49:00 277 0

Fasilə zamanı İnter-in futbolçuları arasında qalmaqal yaşaınıb

Çempionlar Liqasının qrup mərhələsində Slavia-nı qəbul edən İnter doğma meydanında son dəqiqə qolu ilə məğlubiyyətdən qurtulub - 1:1.

Goal.az xəbər verir ki, qarşılaşmanın fasiləsində "neradzurra" futbolçuları arasında qalmaqal yaşanıb.

Hücumçu Romelu Lukaku baş məşqçiyə yarımmüdafiəçilərdən şikayət edib və ona lazımi dəstəyi vermədiklərini, vaxtında irəli çıxmadıqlarını söyləyib. Bu isə orta sahə oyunçusu Marselo Brozoviçin xoşuna gəlməyib. Nəticədə iki futbolçu arasında dava yaşanıb. Vəziyyətin gərginləşdiyini görən digər hücumçu Aleksis Sançes onları ayırmağı bacarıb.

Baş məşqçi Antonio Konte oyunçularla bağlı tədbir görülməsi üçün rəhbərliyə göstəriş verib.