AÇG uğura aparan yolunun 25-ci ilini qeyd edir


Digərləri 20 Sen 2019 13:55:00 287 0

AÇG uğura aparan yolunun 25-ci ilini qeyd edir

“Əsrin Müqaviləsi” kimi tanınmış bu sazişin müddəti 2017-ci ilin sentyabr ayında 2049-cu ilin sonunadək uzadılıb.

Bakı. Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi tərəfdaşları bu gün 20 sentyabr 1994-cü il tarixində Azərbaycan hökuməti ilə altı ölkəni təmsil edən 11 xarici neft şirkəti arasında imzalanmış AÇG üzrə Hasilatın pay bölgüsü haqqında Sazişin 25-ci ildönümünü qeyd edir. Trend-in məlumatına görə, “Əsrin Müqaviləsi” kimi tanınmış bu sazişin müddəti 2017-ci ilin sentyabr ayında 2049-cu ilin sonunadək uzadılıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev: “Bu gün müstəqil Azərbaycanın tarixində xüsusi strateji rol oynamış “Azəri, Çıraq və Dərinsulu Günəşli” yataqlarında Hasilatın Pay Bölgüsü üzrə Saziş”in - “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edirik. Tarix üçün bir an qədər qısa olan, lakin hər günü fədakar əmək atmosferində keçmiş bu 25 ildə qazanılan uğurlar, həyata keçirilən layihələr möhtəşəmliyi ilə insanda qürur hissi yaradır. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artmışdır və ölkə iqtisadiyyatının bütün sahələrində böyük canlanma yaratmışdır. Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsal üsulları gətirilmiş, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilmişdir. Ölkəyə təqribən 265 mlrd. ABŞ dolları, o cümlədən, neft-qaz sənayesinə 101 mlrd. ABŞ dolları həcmində investisiya qoyulmuşdur. “AÇG”-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 mlrd. ABŞ dollarını keçmişdir”. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “AÇG-nin 25-ci ildönümü Azərbaycanın neft və qaz sənayesinin yeni tarixində olduqca əlamətdar bir hadisədir. Bu, SOCAR, BP və AÇG müqaviləsinin bütün digər tərəfdaşları üçün tarixi bir gündür.