Nazir: Azərbaycan və Çin traktor və digər kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisələr yaradacaq


Digərləri 20 Sen 2019 13:48:59 375 0

Nazir: Azərbaycan və Çin traktor və digər kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisələr yaradacaq

Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir

Bakı. Mətanət Nəsibova - Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, söhbət traktor, müxtəlif kənd təsərrüfatı texnikası, eləcə də kənd təsərrüfatı məhsullarının emalı zavodlarından gedir: “Bu irimiqyaslı layihələrin icrası üçün 100 milyon dollar məbləğində investisiyalar qoyulacaq ki, bu da bir neçə min yeni iş yerinin açılmasına kömək edəcək”.