Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə qatılıblar


Digərləri 20 Sen 2019 13:18:00 251 0

Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə qatılıblar

Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə qatılıblar

Bakı. Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə qatılıblar. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi müxtəlif yaşlar üzrə milli komandaların əsas və əvəzedici heyətinin 50-dən artıq idmançısı mübarizə aparır. 20-22 sentyabr tarixlərində keçirilən "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fəxri qonaq kimi turnirə dəvət olunub. Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Kərimov isə yarışı idarə edən referilər arasındadır.