Ukraynada məktəbdə 53 şagird zəhərləndi


Dünya 20 Sen 2019 13:01:00 343 0

Ukraynada məktəbdə 53 şagird zəhərləndi

Ukraynada daha bir kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu dəfə də Odessa şəhərində baş verib. Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən xəbərə görə, zəhərlənmə 11 saylı məktəbin yeməkxanasında olub.

Xəstəxanaya 53 uşağın müraciət etdiyi bildirilir. Hazırda xəstəxanada 5 uşağın müalicəsini davam etdiridyi qeyd edilir.

Hadisədən dərhal sonra məktəb yoxlamaya bağlanıb.

Xatırladaq ki, bu ayın əvvəlində Odessa vilayətində kütləvi zəhərlənmə baş vermişdi.