Əməkdar artist oğlunun ölümündən DANIŞDI: “40ı çıxmamış səhnəyə çıxdım” VİDEO FOTO


Kriminal 20 Sen 2019 12:56:00 288 0

Əməkdar artist oğlunun ölümündən DANIŞDI: “40ı çıxmamış səhnəyə çıxdım”  VİDEO  FOTO

ARB TV-nin "Elgizlə İzlə" verilişində əməkdar artist Rəhman Rəhmanov qonaq olub. Son.az bildirir ki, gənc oğlunu itirən əməkdar artist çətin anlarından danışıb: "Mənim başıma faciə gəldi. Oğlum 27 yaşında dünyasını dəyişdi. Gözlənilməz oldu. İkinci mərtəbədən yıxıldı, beyin nahiyəsinə kiçik bir daş dəydi, dünyasını dəyişdi. Həmin gün teatrda idim. Mənə zəng edib xəbər verdilər. Müdriyyət mənə dedi ki, Rəhman müəllim, istəyirsizsə, tamaşanı təxirə salaq. 40 mərasimindən sonra gələrsiniz biletlərin vaxtını dəyişərik. Razı olmadım. Çünki o zaman biletlər artıq satılmışdı. "Ələddinin sehirli çırağı" tamaşasında Şah obrazındaydım. Uşaqlar həvəsləniblər 1 həftədir həsrətlə gözləyirdi. Onları o sevincdən məhrum edə bilməzdim. Oğlumu dəfn etdik, 7 mərasimini verəndən sonra səhəri gün səhnəyə çıxdım".

(adsgarden = window.adsgarden || []).push({});