Qəzadan son anda qurtuldu VİDEO


Dünya 20 Sen 2019 11:35:00 271 0

Qəzadan son anda qurtuldu  VİDEO

Sürücü peşəkarlığı sayəsində yol qəzasına düşməkdən son anda qurtulub. Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanaraq izləyicilərin təqdirini qazanıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident Rusiyanın Çuvaşiya əyalətində, Kanaş-İbresi avtomagistralında qeydə alınıb.

Kadrlarda yağışlı havada hərəkətdə olan minik avtomobilinin sürücüsünün bir neçə nəqliyyat vasitəsini ötmə əməliyyatı zamanı keçdiyi görünür. Lakin sonuncu yük maşınını keçdiyi əsnada "Kamaz"ın sürücüsü eyni əməli (ötmə əməliyyatı) yerinə yetirir və minik avtomobilini yol kənarına sıxışdırır. Bundan özünü itirməyən sürücü təcrübəsindən istifadə edərək avtomobili yol kənarına aşmaqdan xilas edir.

(adsgarden = window.adsgarden || []).push({});