Rusiyada Afrika taunu yayılıb


Dünya 20 Sen 2019 12:47:00 278 0

Rusiyada Afrika taunu yayılıb

Rusiyada Afrika taunu xəstəliyinin yeni mənbəyi aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, infeksiyaya yoluxma Amur vilayətinin Arxarinski rayonunda qeydə alınıb.

Yoluxma təsərrüfatların birində donuzlar arasında baş verib. Hadisə ilə əlaqədar ərazidə fövqəladə vəziyyət elan olunub.

Afrika taunu səbəbindən avqustun sonunda bu ərazidə donuz əti idxalına qadağa qoyulmuşdu. Sentyabrın 9-da isə karantin ləğv edilmiş, yoluxmuş heyvanlar isə məhv edilmişdi.