Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb


Digərləri 20 Sen 2019 12:34:00 302 0

Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda 50 milyard 875,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb.

ÜDM istehsalının 43,6 faizi sənayenin, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,0 faizi tikintinin, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5145,1 manata bərabər olub.