Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən dərmanlar aşkarlanıb (FOTO)


Digərləri 20 Sen 2019 12:31:36 208 0

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən dərmanlar aşkarlanıb (FOTO)

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən dərmanlar aşkarlanıb

Bakı. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ - 21065" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama nəticəsində avtomobilin ön sağ və sol tərəflərinin üst hissəsindəki qanadların arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 4060 kapsul "Samyun Wan" adlı dərman preparatı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.