19 bıçaq zərbəsi alan bloqer qan içində


Dünya 20 Sen 2019 12:02:00 287 0

19 bıçaq zərbəsi alan bloqer qan içində

Ukraynada 19 yaşlı bloqer qısqanclıq zəminində bıçaqlanıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Odessada yaşayan 19 yaşlı bloqer Olqa Burdeynaya Aleks adlı keçmiş sevgilisi tərəfindən bıçaqlanıb.

19 bıçaq zərbəsi vurulan bloqer ifadəsində yoldan keçənlərin onu xilas etdiyini söyləyib. O bildirib ki, sevgilisi onu qısqandığına görə bıçaqlayıb.

Adam öldürməyə cəhd maddəsi ilə saxlanılan Aleks şərti azadlığa buraxıldıqda Olqa buna etiraz etmək məqsədi ilə bıçaqlanmış halının fotolarını paylaşıb.