"Nargis" Fondunun dəstəyi ilə Samsung şirkətinin yeni layihəsi işıq üzü görüb


Digərləri 20 Sen 2019 11:15:00 265 0

"Nargis" Fondunun dəstəyi ilə Samsung şirkətinin yeni layihəsi işıq üzü görüb

Quba məktəblərinin birində şagirdləri Samsung tərəfindən yeni dərs ilinə xüsusi olaraq təqdim olunmuş interaktiv sinif otağı qarşıladı.

Technological Embrace layihəsi çərçivəsində, "Nargis" Fondunun dəstəyi ilə ərsəyə gətirilmiş bu texnoloji otaq, Samsung şirkətinin məhsulları ilə təchiz olunub və şagirdlərin istifadəsinə təhvil verilmişdir. 

Qeyd edilən otaqda, buna misal olaraq, interaktiv lövhə və virtual reallıq kabinələri kimi bir çox innovativ məhsuldan istifadə edilmişdir. Belə ki, xüsusi Flip Board lövhəsi, adi yazı taxtası kimi istifadə edilə bilir və üzərində smartfon və kompyuterdə qeyd edilən məlumatları əks etdirmək bacarığına malikdir. Flip Board - "böyük həcmli" planşeti xatırladaraq, touchscreen üzərindən işləyir və bir çox əlavə funksiyanı dəstəkləyir.  

Sözügedən virtual reallıq kabinələri isə şagirdlərə dinozavrlar dövrünə səyahət etməyə, vulkan püskürməsinə şahid olmağa və digər maraqlı simulyasiyaları öz gözləri ilə görməyə imkan yaradacaq. 

Stollarda yerləşdirilmiş planşetlər, rəqəmsal materialları öyrənməyə və təhsil prossesi zamanı kollektiv iş aparılmasının imkanını yaradırlar.