Xəstəxanalarda tibbi xidmətlər pullu olmayacaq - Agentlik sədri


Digərləri 20 Sen 2019 11:14:00 285 0

Xəstəxanalarda tibbi xidmətlər pullu olmayacaq - Agentlik sədri

Hazırda Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə çevrilir. Bu ilin sonuna qədər proses başa çatacaq.

Bakı. İlhamə İsabalayeva - Bəzən səhv anlayırlar ki, xəstəxanalar publik hüquqi şəxs olduqda tibbi xidmətlər pullu olacaq. Bu, o demək deyil ki, publik hüquqi şəxs olmaqla xəstəxana pullu xidmətə keçir. Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə çevrilir. Bu ilin sonuna qədər proses başa çatacaq.