Zaur Əliyev: İlk dövrlərdə xəstəxana sistemlərinin bütün modullarının işləməsi o qədər asan olmaya bilər


Digərləri 20 Sen 2019 11:18:00 275 0

Zaur Əliyev: İlk dövrlərdə xəstəxana sistemlərinin bütün modullarının işləməsi o qədər asan olmaya bilər

Ölkə üzrə icbari tibbi sığortaya keçidin ilk dövrlərində xəstəxanaların informasiya sistemlərinin bütün modullarının işləməsi bir o qədər asan olmaya bilər.

Bakı. İlhamə İsabalayeva - Ölkə üzrə icbari tibbi sığortaya keçidin ilk dövrlərində xəstəxanaların informasiya sistemlərinin bütün modullarının işləməsi bir o qədər asan olmaya bilər. Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, bu gün özəl klinikalar öz risklərini qiymətləndirə bildiyi kimi, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu pilot xəstəxanalar da tam 100 faiz olmasa belə, özlərini müstəqil idarə edə bilirlər: "Pilot rayonlardakı xəstəxanalara müraciət edənlərin sayı artıb. Bu gün fəxrlə deyə bilərik ki, Mingəçevir Şəhər Xəstəxanası gün ərzində 2000-ə yaxın xəstə qəbul edir. Bu, o deməkdir ki, onlar artıq maliyyə baryeri olmadığı üçün xəstəxanaya müraciət edə bilirlər. Digər tərəfdən, bunun mənfi tərəfi odur ki, pasiyentlər uzun növbədə gözləməli olurlar. Bu praktika bütün dünya ölkələrində var".