Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu


Digərləri 20 Sen 2019 10:57:00 252 0

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Sentyabrın 22-də Nyu York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Bakı. Sentyabrın 22-də Nyu York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə Trend Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin