Ağrıkəsici qəbul edən 25 yaşlı qızın qanı gömgöy oldu FOTO


Digərləri 20 Sen 2019 10:26:00 247 0

Ağrıkəsici qəbul edən 25 yaşlı qızın qanı gömgöy oldu  FOTO

ABŞ-da qəribə olay yaşanıb.

Son.az haberler-ə istinadla xəbər verir ki, ağrıkəsici qəbul edən qadının bir müddət sonra dəri və dırnaqlarının rəngi dəyişib.

ABŞ-da yaşayan 25 yaşlı qadın dişi ağrıdığı üçün ağrıkəsici qəbul edib. Ağrıkəsicidəki benzokain maddəsinin təsirindən bir neçə saat sonra qadının qanının rəngi dəyişib. Bu da onun dəri və dırnaq rənginin tündləşməsinə səbəb olub.

Qanı tünd bənövşəyi rəngə çevrilən qadın xəstəxanaya müraciət edib. Adı açıqlanmayan qadına "methemoqlobinemiya" diaqnozu qoyulub. Məlum olub ki, onun qanındakı oksigenin miqdarı 67 faiz təşkil edir (Normalda 95-100 faiz olmalıdır).

(adsgarden = window.adsgarden || []).push({});