Çİçarito: "Qarabağ-a vurduğum qol möhtəşəm idi"


İdman 20 Sen 2019 10:00:00 305 0

Çİçarito: "Qarabağ-a vurduğum qol möhtəşəm idi"

“İlk qola qədər yaxşı oynamırdıq, rəqib təzyiq edirdi. Lakin daha 2 qol vurub qələbəni qazandıq. Bütün komanda və baş məşqçimiz göstərilən oyuna görə xoşbəxtdir”.

Goal.az xəbər verir ki, bunu Sevilla-nın futbolçusu Xavyer Hernandes UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Qarabağ-ı səfərdə 3:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışarkən deyib.

Görüşün 62-ci dəqiqəsində cərimə zərbəsindən hesabı açan meksikalı forvard önəmli qola imza atdığını vurğulayıb: “Uğura ac, həm də həyəcanlıyam. Vurduğum qol möhtəşəm və çox önəmli idi. Ümid edirəm ki, səhvə yol verəcəyimiz oyunlar az olacaq”.