Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi FOTO


Digərləri 20 Sen 2019 10:27:16 222 0

Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi  FOTO

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ikinci qızı Sanay Yağmur bacısı Selcanı dəstəkləyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, "Facebook" profilində paylaşdığı postda belə yazıb:

"Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayaraq, bizim "ailə"də şiddət olub".

Sanay Yağmur statusunu #QadınaŞiddətəSon, #Susma, #MeTooAzerbaijan həştəqlərı ilə yayımlayıb.

Qeyd edək ki, Selcan Yağmur atasından imtina etməsi barədə status dərc edib. Bunu şərh edən Fuad Qəhrəmanlı qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını bildirib.

S.Yağmur buna cavab olaraq, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyib. Daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib.