Bakıda külək altı ağacı aşırdı:


Digərləri 20 Sen 2019 10:29:42 252 0

Bakıda külək altı ağacı aşırdı:

Paytaxda dünəndən başlayan güclü külək altı ağaca ziyan vurub.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, külək nəticəsində iki ağac maşınların üstünə düşüb:

"İki ağac kökündən çıxıb. Dörd ağacın isə budağı sınıb. Ümumilikdə, külək altı ağaca ziyan vurub".

Orxan Məmmədov hadisələrin paytaxtın Yasamal, Nəsimi və Nizami rayonlarında baş verdiyini qeyd edib.