KOBİA sahibkarları güzəştli fəaliyyət rejimindən yararlanmağa dəvət edir


Digərləri 20 Sen 2019 10:28:42 194 0

KOBİA sahibkarları güzəştli fəaliyyət rejimindən yararlanmağa dəvət edir

Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalı üzrə güzəştli fəaliyyət rejimi mövcuddur

Bakı. İlhamə İsabalayeva - Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalı üzrə güzəştli fəaliyyət rejimi mövcuddur və sahibkarları bu imkandan yararlanmağa dəvət edirik. Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, tibb biznesi sektorunda da təşkilatlanmaya, aktiv ictimai birliklərin yaradılmasına ciddi ehtiyac var və KOBİA belə təşəbbüsləri dəstəkləməyə hazırdır.