Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı


Digərləri 20 Sen 2019 09:42:00 185 0

Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, Biləcəri-Sulutəpə avtomobil yolunun kənarındakı "555" kafesinin qarşısında Oğuz rayon sakini, Sulutəpə qəsəbəsində kirayədə yaşayan, 1967-ci il təvəllüdlü Salahov Saleh Bəşir oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə nəticəsində həmin şəxs S.Salahova bir neçə bıçaq zərbəsi vurub hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.