8 ton ot bağlaması yanıb


Digərləri 20 Sen 2019 09:05:00 301 0

8 ton ot bağlaması yanıb

Hacıqabul rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Meyniman kəndində 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.