Maştağada ağır yol qəzası - ölən var


Digərləri 20 Sen 2019 08:59:15 242 0

Maştağada ağır yol qəzası - ölən var

Bakı şəhərinin Maştağa qəsəbəsində ağır yol qəzası baş verib

Bakı. Samir Əli - Bakı şəhərinin Maştağa qəsəbəsində ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, qəsəbənin Kirov dairəsi adlanan ərazisində "VAZ 2106" markalı avtomobil ilə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü 75 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlu hadisə yerində ölüb. Qəza nəticəsində 1948-ci il təvəllüdlü Fəttahova Ətiyyə Nuhbala qızı və "Mercedes" markalı avtomobilin sürücüsü 39 yaşlı Həsənov Rafiq Tolik oğlu ağır yaralanıb. Yaralılar təcili olaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.